İsraildən Hizbullaha Qantar zərbəsi (FOTO)

İsraildən Hizbullaha Qantar zərbəsi (FOTO)
20:56 20 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

İsrailə tarixinin ən böyük ən böyük zərbələrindən birini vuran "Hizbullah" terror təşkilatının üzvü Samir Qantar paytaxt Dəməşqdə öldürülüb.

ANS PRESS-in ərəb KİV-nə istinadən verdiyi məlumata görə, İsrailin Suriyanın paytaxtındakı bir məhəlləyə endirdiyi hava hücumu nəticəsində öldürdüyü Qantarı 2008-ci ildə müəmmalı şəkildə azadlığa buraxmışdı.

Hadisədən sonra "Hizbullah"ın yaydığı açıqlamada 53 yaşındaki Samir Qantarın İsrail döyüş təyyarlərinin endirdiyi aviazərbələr nəticəsində yaşadığı evdə öldürüldüyü bildirilib.

Terror təşkilatının mətbu orqanı sayılan Əl-Manar saytı iki İsrail hava təyyarəsinin Suriyanın hava sərhəddini pozaraq terrorçunun yaşadığı binanı 4 uzaqmənzilli raketlə vurduğu barədə məlumat yayıb.

Suriyanın dövlət xəbər agentliyinin yaydığı şəkillərdə, Qantarın yaşadığı binanın İsrailin hücumu nəticəsində uçduğu görünür. Hücum zamanı S. Qantardan başqa da ölənlərin olduğu bildirilir.


İsrailin hücumu nəticəsində dağıdılan bina

Hadisədən sonra açıqlama verən İsrailin mənzil və tikinti naziri Yoav Qallant hadisə ilə bağlı hər hansı mövqe bildirməyəcəyini açıqlayıb: "Ancaq Samir Qantar kimi insanların dünyamızda olmaması yaxşı haldır", -deyə Y. Qallant bildirib.

Öldürülən Samir Q. 1979-cu ildə İsrailin Nahariya şəhərində bir binaya edilən hücumda Denni Haran, onun 4 yaşlı qızı Einatı və bir polisi öldürməkdə şübhəli bilinərək həbs edilib.

Einatı başına tüfəngin qundağı ilə vuraraq öldürən terrorist qızın təsadüfi açılan atəş nəticəsində öldüyünü bildirmişdi. Hadisə vaxtı körpənin anası digər bir körpəsi ilə evin zirzəmisində gizlənmiş, uşağın səsini çıxaracağı qorxusu ilə onun ağzını bağlamış, uşaq isə havasızlıqdan boğulub ölmüşdü.

Hadisədən sonra ömürlük həbs cəzası verilən Qantar 2008-ci ildə iki İsrail əsgərinin cəsədi ilə dəyişdirilərək azad edilmişdi. Hadisədən sonra Liviyada qəhrəman kimi qarşılanan S. Qantar Hizbullah içində sürətlə məhşurlaşmış, hətta 2008-ci ildə Dəməşqdə Suriya lideri Bəşər Əsad tərəfindən medalla təltif edilmişdi.

Suruyada baş verən vətəndaş müharibəsi zamanı Əsəd rejiminə dəstək üçün yüzlərlə döyüşçü göndərən Qantar bu ilin sentyabr ayında ABŞ-nın Xarici İşlər Nazirliyi tərəfindən terrorist elan edilmişdi.


Suriya lideri Bəşər Əsad Samir Qantarı təltif edir

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR