PKK sakitləşmək bilmir

PKK sakitləşmək bilmir
21:52 20 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Diyarbakırda tanınmış vəkil Tahir Elçi noyabrın sonunda öldürüldükdən sonra polis təhlükəsizlik tədbirləri görür.
BBC Türkcenin müxbiri Hatice Kamer xəbər verir ki, Diyarbakırın Sur, Mardinin Dargeçit ve Nusaybin, Şırnakın Silopi və Cizre rayonlarında kommendant saatı davam edir.
Kürdyönlü HDP-nin millət vəkili Aycan İrmez Silopidə 7 nəfərin həlak olduğunu bildirib.
İrmez deyib ki, bir evə düşən bombadan yıxılan divarın altında qalaraq iki yeniyetmə həlak olub.
Millət vəkilinin sözlərinə görə, daha iki nəfər güllə ilə öldürülüb. Üç ahıl yaşlarında olan insanın isə infarktdan öldükləri xəbər verilib.
İrmez deyib ki, davam edən atışmalara görə 7 cənazə dəfn edilmədən qalır.
HDP millət vəkili bunu da əlavə edib ki, hökumət qoşunlarının əməliyyatı zamanı yerli əhali ilə qaba rəftar olunur.
O hazırda Cizredə də əməliyyatların davam etdiyini deyib.
HDP üzvü əməliyyatlar nəticəsində yanğın və dağıntıların baş verdiyini, su və elektrik təchizatının pozulduğunu söyləyib.
Yerli sakinlər əməliyyatlara görə evklərinin zirzəmilərinə sığındıqlarını deyirlər. Sakinlərdən bəziləri vəziyyətlərinin Suriyanın Kobani şəhərindəkindən də betər olduğunu bildiriblər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR