Məşhur futbolçu nəhayət ki, evləndi - FOTO

Məşhur futbolçu nəhayət ki, evləndi - FOTO
22:27 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İngiltərənin ən məşhur futbolçularından biri, "Çelsi"nin sabiq hücumameylli yarımmüdafiəçisi və lideri, indisə ABŞ-ın "Nyu-York Siti" klubunda oynayan Frenk Lempradın toyu olub.
O, qeyri-rəsmi nikahda yaşadığı Kristin Bləkli ilə izdivacını leqallaşdırıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 37 yaşlı F.Lempard və 36 yaşlı K.Bləklinin toyları Londonda idi.
Londonun mərkəzindəki Naytsbric səmtində yerləşən Müqəddəs Pavel Kilsəsindəki (St Paul's Church) nikahdan sonra toy "The Arts Club"da keçirilib.
Toyun fəxri qonaqları arasında Frenk Lempardın dayısı, "Kuins Park Reyncers"in baş məşqçisi Heri Rednapp, Frenksin dayısı oğlu Ceymi Rednapp, "Çelsi"nin ulduzu Con Terri, teleaparıcı Filipp Şofild, TV ulduzları Ceki Sinkler və Kelli Hoppen, tanınmış jurnalistlər Pirs Morqan və Selia Uayden də vardı.
Frenk və Kristina 209-cu ilin oktyabrında tanış olublar. Onların Luna və İsla adlı iki qızları var.
Frenk Lempard hələ 2013-cü ildə toy etməyi düşünürdü. Lakin indiyədək o, toyunu 4 dəfə təxirə salıb.
Milli.Az






































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR