Yeni BMW 5-Series - FOTO

Yeni BMW 5-Series - FOTO
22:52 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

2016-cı ildə BMW şirkəti daha yüngül, qənaətcil və ağıllı yeni nəsil 5-Series sedanını təqdim edəcək. Bu barədə Bavariya şirkətinin daxili mənbələrinə istinadən Auto Bild dərgisi məlumat verib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, alman jurnalistlərin xəbərinə əsasən, 5-Series nəsil dəyişərkən 70-100 kq "arıqlaya" bilər. Konstruksiyada yüngül materiallardan istifadə edilməsi nəticəsində bu göstəricini əldə etmək mümkün olub. Bundan əlavə yeni avtomobil 3,0 litrli 420 atlı dizel və benzin mühərrikləri sayəsində daha qənaətcil olacaq. Həmçinin, modelin elektromühərrikli versiyası da gözlənilir. Bu tam mənada elektromobil omasa da, minimum hibrid variantda təklif ediləcək. 
Bundan əlavə bavariyalılar, BMW 5-Series modelini avtopilotla təchiz etmək barədə düşünürlər. Düzdür, bu imkanların 5-ci seriyada 2020-ci ildən əvvəl peyda olması mümkünsüz görsənir. Hələlik isə alıcılara "yüngül versiya"təklif olunacaq: avtobanda 130 km/saatla hərəkət etdiyi zaman avtomobil müstəqil şəkldə sürətlənəcək, yavaşlayacaq və hətta sükan idarəsinə nəzarət edə biləcək.

Və nəhayət yeni BMW 5-Series baza versiyasında internetə çıxış, məlumat saxlamaq üçün cloud service, həmçinin səsli əmrləri və hərəkətləri tanıya bilən sistem əldə edəcək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR