Tereza Ana "müqəddəs" elan edildi

Tereza Ana "müqəddəs" elan edildi
22:52 20 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda yoxsulların qayğısına qalan alban rahibənin müqəddəslər pilləsinə yüksəldilməsi gələn il, onun ildönümündə baş tuta bilər.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, Papa Fransis Tereza Ananı müqəddəs elan etmək üçün vacib olan möcüzəni təsdiq edib. Beləliklə, Hindistanda yoxsulların qayğısına qalmış alban rahibə ölümündən düz iyirmi il keçəndən sonra Katolik Kilsəsinin ən yüksək adına layiq görülə bilər.

Müqəddəslik pilləsinə yüksəldilmə mərasimi üçün dəqiq tarix müəyyə edilməyib, lakin italyan mediasında bu hadisənin sentyabrın ilk həftəsində, rahibənin ölümünün ildönümü zamanı baş verəcəyi barədə söhbətlər dolaşır.

Tereza Ananın möcüzəsi...

Sözügedən möcüzə isə bir braziliyalı kişinin viruslu beyin infeksiyasından izahedilməz formada tam sağalmasıdır.

Beyində ciddi iltihabi prosesə və beyin ətrafında mayenin toplanmasına səbəb olmuş bu infeksiya nəticəsində kişi komaya düşüb və ölmək ərəfəsində imiş.

Ancaq 2008-ci il dekabrın 9-da əməliyyata girməli olduğu vaxtdan 30 dəqiqə sonra kişi ayılıb, qalxıb oturub. Üstəlik onun heç bir ağrısı olmayıb. Cəmi bir gün sonra isə həkimlər onda xəstəliyin heç bir simptomunun olmadığını elan ediblər.

Sonradan Vatikan bu möcüzəli sağalmanı həmin kişinin həyat yoldaşının Tereza Anaya dua etməsi ilə əlaqələndiriblər. Belə ki, qadın kişinin əməliyyat edilməli olduğu vaxtda öz rahibi ilə birlikdə kilsədə dua edirmiş.

Nobel Sülh Mükafatı Laureatı Tereza Ana 1997-ci il sentyabrın 5-də 87 yaşında dünyasını dəyişib.

Vəfat etdiyi günə qədər onun əsasını 1946-cı ildə qoyduğu Xeyriyyəçi Missionerlər ordenində 4000-ə yaxın rahibə xidmət edib. Orden bütün dünyada yetimxanalar, yoxsullar üçün yeməkxanalar, evsizlər üçün sığınacaqlar və klinikalar işlədib. Onların ümumi sayı 600-ə çatıb.

Tereza ananı tənqid edənlər

1910-cu ildə Makedoniyanın Skopye şəhərində doğulmuş Tereza Ana 1951-ci ildə Hindistan vətəndaşlığı alıb. 1979-cu ildə Kəlküttənin dilənçi və xəstələri ilə işlədiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Lakin Tereza ananı tənqid edənlər də var. Səbəblər arasında onun Haitinin rəhbəri Jean-Claude Duvalier və amerikalı maliyyəçi Charles Keatingdən ianələr qəbul etməsi də var.

Tənqidçilər həmçinin onun Kəlküttənin yoxsullar yaşayan məhəllələrində hamiləliyin qarşısını alan vasitələrə qarşı mövqeyini əsas götürürlər. Onun bu mövqeyi katolik kilsəsinin hamiləliyə qarşı süni vasitələr barədə mövqeyi ilə üst-üstə düşür.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyənin “Antalyaspor” klubu “Mançester Siti”nin futbolçusunu transfer edib

21 Avqust 2017 08:48

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutuldu

21 Avqust 2017 08:33

Kartofla dərinizi gözəlləşdirin

21 Avqust 2017 08:03

FHN Ağstafadakı yanğınla bağlı məlumat yaydı

21 Avqust 2017 07:59

İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır

21 Avqust 2017 07:33

Qırğızıstan silkələndi

21 Avqust 2017 07:19

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub

21 Avqust 2017 07:03

Keçmiş aktrisa 115 kiloqram arıqlayıb tanınmaz oldu - FOTOLAR

21 Avqust 2017 06:33

Cənubi Asiyada daşqınlar nəticəsində ölənləri sayı 700 nəfərə çatdı

21 Avqust 2017 06:03

Hərbi gəmi yük gəmisi ilə toqquşdu - 5 yaralı, 10 itkin

21 Avqust 2017 05:59

“Hakimlikdən razı deyiləm” – Qriqorçuk

21 Avqust 2017 05:33

Putin: Dolabda nə varsa, onu geyinirəm

21 Avqust 2017 05:03

Cinsiyyətini dəyişdirən aktrisanın toy tarixi bəlli oldu

21 Avqust 2017 04:49

Kişilərin bəyəndiyi qadın tipləri - İncə, uzun kirpikli...

21 Avqust 2017 04:33

Hamilə ikən hamilə qaldı - FOTOLAR

21 Avqust 2017 04:03

Meyvə şirələrinin faydalı xüsusiyyətləri

21 Avqust 2017 03:33

Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər

21 Avqust 2017 03:27

İslamda qadının DƏYƏRİ

21 Avqust 2017 03:03

"Instagram"-da vacib yenilik - Bu gündən etibarən...

21 Avqust 2017 02:33

Düyü ilə orqanizmin təmizlənməsi - Xəstəliklərdən uzaq olacaqsınız

21 Avqust 2017 02:03

Türkiyədə yük maşını aşdı - 3 ölü, 7 yaralı

21 Avqust 2017 01:59

Milli futbolçumuz Kipr çempionatında debüt etdi

21 Avqust 2017 01:14

Donald Tramp ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq

21 Avqust 2017 01:12

Uşaqlar üçün ən faydalı

21 Avqust 2017 01:12

Mənzil almaq istəyənlər EHTİYATLI OLUN! - Sizi aldada bilərlər - VİDEO

21 Avqust 2017 01:03

Azərbaycanda zəlzələ baş verdi

21 Avqust 2017 00:40

İki uşaq anası model xanım ideal bədəni ilə göz oxşadı - FOTOLAR

21 Avqust 2017 00:33

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

21 Avqust 2017 00:22

ABŞ-da avtobus yük maşını ilə toqquşub

21 Avqust 2017 00:22

Avqustun 21-nə olan

21 Avqust 2017 00:16

Qaxda zəlzələ baş verib

21 Avqust 2017 00:12

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08

İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

21 Avqust 2017 00:07

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

20 Avqust 2017 23:54

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə

20 Avqust 2017 23:53

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

20 Avqust 2017 23:44

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

20 Avqust 2017 23:42

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

20 Avqust 2017 23:38

Bakıda 1 nəfər liftdə qaldı

20 Avqust 2017 23:36

Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır

20 Avqust 2017 23:34

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

20 Avqust 2017 23:32

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57