Tavaya yapışmayan qayğanaq hazırlamağın Qaydası

Tavaya yapışmayan qayğanaq hazırlamağın Qaydası
22:57 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Hazırlayacağınız qayğanağın tavaya yapışmaması üçün işə tavanı isitməklə başlayın. Səhər yeməyinin vazkeçilməz ləzzətli təamlarından biri olan qayğanaq necə hazırlanır?

Hazırladığınız qayğanağın tavaya yapışmaması üçün nələrə diqqət etməlisiniz?

Protein tərkibi ilə faydalı və doyurucu bir alternativ olan qayğanaq səhər yeməklərində çox yeyilir.

Milli.Az lent.az-a istinadən  qayğanaq bişirməyin incəliklərini təqdim edir.

● Qayğanaq bişirərkən diqqət edilməli olan ilk şey yumurtaların təzə olmasıdır.

● İstifadə edilən tavanın qalın olmamasına diqqət edin. Titanium tavalara üstünlük verin. Yanmayan, cızılmayan, ləkə tutmayan bu tavalar daha sərfəlidir.

● Hazırlayacağınız omletin yapışmaması üçün tavanı əvvəlcə yaxşıca isidin. Yağ da əlavə edib qızdırdıqdan sonra yumurtanı əlavə edə bilərsiniz. Beləcə yumurta tavaya yapışmayacaq.

Pendirli omlet resepti:

Ərzaqlar

2 ədəd yumurta

1 stəkan süd

2 kibrit qutusu qədər ağ pendir

2 yemək qaşığı un

1 yemək qaşığı kərə yağı

5-6 ədəd cəfəri

1 çay qaşığı duz

Pulbibər, qara istiot (zövqə görə)

Hazırlanması

Cəfərini incə doğrayın.

İri qabda yumurtanı çalın.

Çırpılan yumurtalara əzilmiş ağ pendir və südü əlavə edin.

Unu da az-az və qarışdıraraq əlavə edin.

Duz və cəfərin, istəyə görə digər ədviyyatları əlavə edin.

Tavanı yaxşı isidib yağı əlavə edin.

Yağ əriyib qızdıqdan sonra qarışımı tavaya tökün.

Az odda o yan bu yanlı tam bişirin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR