Yalan, haram, əməlsizlik, şit zarafat, həsəd...

Yalan, haram, əməlsizlik, şit zarafat, həsəd...
23:12 20 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Hər bir müsəlman mömin olmağı arzu edər və istəyər ki, imanının zəifləməsinə və aradan getməsinə səbəb olan amilləri tanısın və onlarla mübarizə aparıb yox etsin. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Peyğəmbərimiz (s) və Əhli-beytimiz (ə) bizə imanı aradan apara bilən amilləri tanıtmışdılar ki, onlarla tanış olaq.
1. Əhli-beyt (ə) sevgisinin olmaması. Əmirəl-möminin (ə) buyurur: "Hər kim bizim sevgimizə ürəyində yer verməzsə, imanı qəlbində duzun suda əriməsi kimi əriyər".
2. Allah və Peyğəmbər (s) düşmənləri ilə dost olmaq - imanla bir yerə sığmaz.
3. Yalançı imanın dadını əldən verər. Əmirəl-möminin (ə) buyurur: "Bəndə imanın dadını dərk etməz, məgər o halda ki, yalandan - istər ciddi olsun, istərsə də zarafatla - əl çəksin".
4. Əmanətə xəyanət etmək. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, əmanətdar deyildir, imanı yoxdur".
5. Həddən artıq gülmək. Həzrət Peyğəmbər (s) buyurur: "Çox gülmək imanı məhv edər".
6. Haram yemək. Həzrət Peyğəmbər (s) buyurur: "Haram yemək imanı uzaqlaşdırar".
7. Zina etmək səbəb olar ki, iman ruhu insandan ayrılsın.
8. Dini vacibatlara əməl etməmək. İmam Sadiq (ə) buyurur: "İman, əməl olmadan sabit olmaz. Əməl - imandandır".
9. Həsəd aparmaq. İmam Sadiq (ə) buyurur: "Hər kim möminə həsəd aparar, imanı qəlbində duzun suda əridiyi kimi əriyər".
10. Töhmət vurmaq. İmam Sadiq (ə) buyurur: "Nə zaman mömin qardaşına töhmət vursan, iman qəlbindən gedər, necə ki, duz suda əriyər".
11. Səbirsizlik. Imam Sadiq (ə) buyurur: "Səbrin imana nisbəti - bədənin başa olan nisbəti kimidir. Necə ki, baş aradan gedən zaman bədən də gedər, səbir aradan gedən zaman iman davamlı olmaz".
12. Zarafat etmək. İmam Musa Kazim (ə) buyurur: "Zarafatdan çəkin ki, iman nurunun və şəxsiyyətinin aradan getməsinə səbəb olar".
13. Həyanın olmaması. İmam Sadiq (ə) buyurur: "O kəsin ki, həyası yoxdur, imanı yoxdur".
14. Simiclik. İmam Sadiq (ə) buyurur: "Heç bir şey simiclik qədər imanı məhv etməkdə işə yaramır".
15. Tamahkarlıq. İmam Sadiq (ə) buyurur: "O şey ki, insanı imandan xaric edər - tamahdır". 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR