Bu metalın 80%-i hələ də torpaqda gizlənir

Bu metalın 80%-i hələ də torpaqda gizlənir
23:27 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Proto-Hind-Avropa mənşəyli bu sözün təcüməsi,  "sarı", "yaşıl" və ya  "parlaq" deməkdir.
Qızıl - nadir metaldır.
Yer kürəsinin bütün qitələrində qızıl yataqları qeyri-bərabər şəkildə yer qabığında yayılmışdır.
Qızıl 1064,43 Selsi dərəcədə əriyən, paslanmayan və istiliyi və elektiriki əla keçirdən metaldır.
Qızıl - ən qiymətli metallardan biridir. Bütün dünyada qızılın yüksək dəyərlə satılması və bundan gəlir götürülməsi hələ qədim zamanlardan başlamışdır. Buna baxmayaraq, Yer kürəsinin yer qabığında 80%-ə qədər qızıl ehtiyatının hələ də, çıxarılmamış qaldığı mütəxəssislər tərəfindən düşünülməkdədir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dövriyyədə olan qızılın ümumi çəkisinin 75%-i, 1910-cu ildən sonra istehsal edilib.
20-ci əsirin tibbi araşdırmaları zamanı, qızılın "romatoid artrit" xəstəliyinin müalicəsində effektiv bir vaistə olduğu üzə çıxıb.
Qızıl - çox mütəhərrik və aktiv metaldır. Qızılın 28,35 qramında tikiş üçün lazım olan sap hazırlamaq istəsək, bu, kiçik ölçülü qızıldan 80 km-ə qədər uzana bilən sap hazırlmaq mümkündür.

Qızıl, baxmayaraq ki, qida üçün yararlı metal deyil, ondan Hindistanda qida kimi istifadə edirlər. Bundan əlavə, bəzi Asiya ölkələrində meyvə, qəhvə və çayın tərkibinə qıızlın tozunu əlavə edərək, müştəriyə bahalı içki  və desert kimi təqdim edilir.
Bu günə qədər tapılan qızıllar arasında ən böyük qızılın adı Nuggetsdir. 72 kq-lıq nəhəng qızıl parçasının diametri 31x 63,5 sm-dir. Xəzinəni tapan isə, avstraliyalı Con Deason və Riçard adlı iki nəfər olub. Bu nəhəng qızıl parçası 5 fevral 1869-cu ildə torpağın 5 santimetr dərinliyində aşkar edilib.
Tarixdə ən baha qızılın qiyməti, 2008-ci ilin mart ayında, iqtisadi böhran səbəbindən dünya bazarına çıxardılıb. Belə ki, qızılın 1 unsiyası (28,35qr) 1,000 dollara satılmışdır.
Tənnəzül dövründə, investorlar qızıl və gümüşlərə qoyduqları sərmayəni aktiv şəkildə itirirdi. "Dünya Qızıl Şurası"nın hesabatına görə, bu hal, 2009-cu ilin ikinci yarısından sonra dəyişdi və yenidən, qızılın qiyməti əvvəlki qiymət tarifinə qayıtdı.
Qızılın zərgərlikdə geniş istifadə edilməsinin səbəblərindən biri də, qızılın dəridə allergiya yaratmaması və paslanmamasıdır. Bundan əlavə, qızıl dərinin üst səthinə heç vaxt zərər yetirmir.

27 kv.sm-lik qızıl parçası, yarım ton ağırlığındadır. Ən böyük qızıl plitəsi isə, təxminən 200 kq ağırlığındadır.
Keçmiş dövrlərdə, Olimpiya oyunlarında qazanılan qızıl medalların tam tərkibi xalis qızıldan ibarət idi. Bu gün isə, Olimpiya oyunlarında təqdim edilən qızıl medallarının tərkibində, sadəcə 6 qram qızıl vardır.

Qədim misirlilər, qoyunun dərisindən istifadə edərək, dəniz mirvarilərini qızıl tozuna çevirə bilirmişlər. Bu sənət "Qızıl yolmaq" adlanmış və misirin qədim mənbələrində yazılmışdır.
Qədimdə ən ağır işlərdən biri, qızıl mədənlərindən qızıl çıxartmaq olub. Buna görə də, zərgərlik və bəzək əşyalarını hazırlanması üçün Misirdə və başqa quldarlıq cəmiyyələri inkişaf etmiş ölkələrdə, qızıllar qullar tərəfindən min bir əziyyətlə çıxardılırdı.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR