Xəzərdən meyit tapıldı: "Günəşli"də itkin düşənlərdən biridir?

Xəzərdən meyit tapıldı: "Günəşli"də itkin düşənlərdən biridir?
23:47 20 Dekabr 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Xəzər dənizindən meyit tapılıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu məlumatı dənizdə olan neftçilər verib.

Məlumata görə meyit axşam saatlarında bloklardan birinin yaxınlığında tapılıb.

İlkin ehtimala görə, meyit dekabrın 4-də "Günəşli" yatağında baş verən qəzada itkin düşən 23 və ya  "Neft daşları"nda itkin düşən 3 neftçidən birinindir.

Operativ qərargahdan isə musavat.com-a bu məlumatı təsdiq etmədilər. Qərargahdan bildirildi ki, gün ərzində heç bir meyit tapılmayıb. Axtarışlar isə davam edir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR