Şahin Diniyev üsr istədi və söz verdi

Şahin Diniyev üsr istədi və söz verdi
00:07 21 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" matçı sülhlə başa çatdı - 1:1. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirdikdən sonra, jurnalistlərin suallarını cavabıandırıb: 

"İlk növbədə mən "Neftçi"dən, Erik Ramosdan, jurnalist və azarkeşlərdən üzr istəyirəm. Nə olursa-olsun məşqçi təmkinli olmalıdı. Bilirəm ki, bu sual olacaq və əvvəlcədən üzr istəyirəm, günah məndədi". Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

"Neftçi" ilə oyunda Erik Ramosla aralarında yaranan gərginlik zamanı əsəblərini cilovlaya bilməyən Diniyev üzr istəyib və bir də belə hadisənin təkrarlanmayacağına söz verib.

Şahin Diniyev oyunla bağlı da fikirlərini bildirib: "Gərgin oyun keçdi. İrəlidə olan komanda hesabı qorumağa, rəqib isə qol vurmağa çalışırdı. Əsgər Abdullayev döyüşkən komanda yaradıb. Mənə elə gəlir ki, nəticə oyuna görə oldu. Düşünürəm ki liderlərdən çox aralanmamışıq və 3 xallıq sistemdə bu öz yerini tutmalıdır. Azarkeşlərimiz möhtəşəmdir və hər zaman arxamızda dururlar".

Baş məşqçi komandanın planlarında da danışıb: "Artıq kimlərin gedib, kimlərin qalacağı ilə bağlı qərar vermişik. Bunları sivil formada həyata keçirməliyik. Komanda qatardı, biri minir və biri düşür. Təxminən 4-5 futbolçu komandadan gedəcək və 2-si gələcək. Bunlardan biri hücum, biri isə cinah yarımmüdafiəçisidi. Yanvarın 14-də 1 həftəlik Yevlaxda fiziki hazırlıq keçəcəyik. Daha sonra Baıda taktika üzərində hazırlaşacağıq. Yevlaxda 1, Bakıda 2 oyun keçirəcəyik. Rəhbərlik tərəfindən Antalya planı vardı, amma mən yol yorğunluğu, vaxt itkisinə görə imtina etdim".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ahin-diniyev-usr-istdi-v-soz-verdi-t46297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR