"Hamı qalmaq niyyətindədi, mən də həmçinin" - Zaur Svanadze

"Hamı qalmaq niyyətindədi, mən də həmçinin" -   Zaur Svanadze
00:12 21 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Mövsümün ilk yarısınının yekunundan razıyam. Hesab edirəm ki, 2-ci yer komandamız üçün uğurlu nəticədi. Qarşıda 2 həftəlik məzuniyyət var. Sonra Türkiyəyə getməyi planlaşdırırıq". Fanat.az хəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan (2:0) sonra "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.


Məlum olduğu kimi yayda əksər futbolçularla qışadək müqavilə imzalanıb. Bu səbəbdən onların bir çoхu qışda komandadan gedə bilər. Baş məşqçi "18-20 futbolçunun birdən-birə komandadan ayrılmaq ehtimalı sizi qorxutmur" sualına belə cavab verib: "Ola bilər bir neçə oyunçuyla ayrılaq. Amma düşünmürəm ki, kütləvi şəkildə futbolçular bizdən ayrılsın. Rəhbərliklə gələcək barədə söhbətimiz olub. Yaxın 2-3 gündə bu barədə sizə də məlumat veriləcək".


Svanadze komandanı tərk etmək niyyətində olmadığını bildirib: "Etiraf edim ki, bütün komanda qalmaq niyyətindədi. Elə mən də həmçinin".


Fanat.az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotham-qalmaq-niyytinddi-mn-d-hmcininquot-t46299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR