Rusiyada binada partlayış: 11 nəfər ölüb, 14 nəfər dağıntılar altında qalıb

Rusiyada binada partlayış: 11 nəfər ölüb, 14 nəfər dağıntılar altında qalıb
00:39 21 Dekabr 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Volqoqrad şəhərində 9 mərtəbəli binada partlayış baş verib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, partlayış dekabrın 20-də günorta saatlarında Dzerjinsk rayonunun Kosmonavtlar küçəsindəki binada olub.

 

Ard-arda baş verən iki partlayışdan sonra yanğın başlayıb. Nəticədə 1-ci mərtəbədən 9-cu mərtəbəyədək binanın bir hissəsi çöküb, 36 mənzil zərər görüb.

 

Partlayış nəticəsində ölən və yaralananlar var. Dağıntılar altından beş nəfərin meyiti çıxarılıb. Daha 10-14 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir. 

 

“Mənzillərdən birində iki, digərində də iki yanmış meyit tapılıb. Nərdivan meydanında bir, yeddinci mərtəbədə isə daha bir nəfərin meyiti aşkarlanıb”, – deyə hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib. 

 

O da bildirilib ki, dağıntılar altında qalanlardan heç kimin səsi gəlmir, çığırtı və qışqırıq səsləri yoxdur.

 

Dağıntıların sutka ərzində təmizlənməsi nəzərdə tutulur.

 

Yaralılar xəstəxanalara yerləşdirilib. Onların dəqiq sayı da hələlik məlum deyil.

 

İlkin məlumata görə, hadisəyə məişət qazının partlaması səbəb olub. Faktla bağlı cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225917

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR