Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Londonda Azərbaycan rəssamlarının növbəti sərgisi keçirilir

Londonda Azərbaycan rəssamlarının növbəti sərgisi keçirilir

Date: 21 December 2015 01:48


London, 21 dekabr, AZƏRTAC
Londonun məşhur “Sotheby’s” hərrac evində Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət “Odlar Yurdu” (The Land of Fire) adlı növbəti sərgi açılıb.
Sərgidə Azərbaycanın məşhur rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Çingiz Fərzəliyev, Namiq Zeynalov, Toğrul Nərimanbəyov və başqalarının 30-dan çox əsəri nümayiş etdirilir.
Müxtəlif məktəb və nəsillərdən süzülüb gələn incəsənəti bir araya gətirən sərgi Azərbaycan rəsm sənətinin 30 illik tarixinə baxışı təmin edir.
Sərgi dekabrın 24-dək davam edəcək.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London










Tags:  Londonda Azərbaycan rəssamlarının növbəti sərgisi keçirilir


RƏYLƏR


Top news