Zaur Svanadze: "Bütün komanda qalmaq niyyətindədi"

"Xəzər Lənkəran"a 2:0 hesabı ilə qalib gələn "İnter"in baş məşqçisi Zaur Svanadze oyundan sonra mətbuat nümayəndələrinin qarşısına çıxıb. Metbuat.az Futbolinfo.az-a istinadən gürcü mütəxəssisin fikirlərini təqdim edir:

- Mövsümün ilk yarısınının yekunundan razıyam. Hesab edirəm ki, 2-ci yer komandamız üçün uğurlu nəticədi. Qarşıda 2 həftəlik məzuniyyət var. Sonra Türkiyəyə getməyi planlaşdırırıq.


- Maliyyə durumunuzu nəzərə alaraq, əksər futbolçularla qışadək müqavilə imzalanıb. 18-20 futbolçunun birdən-birə komandadan ayrılmaq ehtimalı sizi qorxutmur?
- Ola bilər bir neçə oyunçuyla ayrılaq. Amma düşünmürəm ki, kütləvi şəkildə futbolçular bizdən ayrılsın.


- Rəhbərliklə gələcək barədə söhbətiniz olub?
- Olub. Yaxın 2-3 gündə bu barədə sizə də məlumat veriləcək.


- UEFA-nın məlum qərarından sonra avrokubokda oynamaq şanslarınız şübhə altına alır. Bu, motivasiyanıza təsir etmir?
- Məndəki məlumata görə bu yöndə işlər müsbət həll olunacaq.


- Qışda "İnter"dən ayrılmaq niyyətiniz yoxdu?
- Xeyr. Etiraf edim ki, bütün komanda qalmaq niyyətindədi. Elə mən də həmçinin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR