Adil Şükürov: "Futbolçularla oturub, ciddi-ciddi söhbət edəcəm"

Topaz Premyer Liqasında 18-ci tur geridə qaldı. AZAL doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Adil Şükürov məğlubiyyəti şərh edib. Metbuat.az Futbolinfo.az-a istinadən gənc çalışdırıcının fikirlərini təqdim edir:


- Rəqibin baş məşqçisi Tərlan Əhmədovu təbrik edirəm. Yaxşı kollektiv formalaşdırıb. AZAL-ın evdə yaxşı oynadığını bilirdik. Oyundan əvvəl futbolçularla da bu haqda danışmışdıq. Həmişə mövsümün ən çətin oyunları 1-ci və sonuncu matçları olur. Bu da təbiidi. Çünki son görüşdə futbolçular yorğun olur.


- Həmişə meydanda aktiv olan Nelson Bonilya bu gün sönük oyun nümayiş etdirdi. Bu nə ilə əlaqədardı? Ola bilərmi ki, futbolçu tətilə getmək üçün darıxır?
- Ona güvəndik, gözlədik lakin alınmadı. Əvəzetmə də fayda vermədi. Futbolçularla oturub, ciddi-ciddi söhbət edəcəm.


- “Zirə” cari mövsümdə səfərdə keçirdiyi 9 görüşün yalnız birində qalib gəlib. Bu nədən irəli gəlir? Komandada səfər sindiromu var?
- Buna baxmayaraq, evdə çox qələbələr qazanmışıq. Turnir cədvəlində də yaxşı mövqelərin birində qərarlaşmışıq. Bizim bu mövqeyə gəlməyimizin özü surprizdi. Burada qeyri-adi bir şey yoxdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR