Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan benzin istehsalını artırıb

Azərbaycan benzin istehsalını artırıb

Date: 21 December 2015 02:58

Bakı. Maksim Tsurkov – Trend:

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1,12 milyon ton avtomobil benzini istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 1,6 faiz çoxdur. Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 11 ayının yekunları üzrə hesabatında deyilir.

Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda təqribən 5,04 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 4,9 milyon ton olub.

Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli:

Neft məhsullarının istehsalı

2015-ci ilin yanvar-noyabr ayları (min tonla)

2014-cü ilin yanvar-noyabrına nisbətdə (faizlə)

Avtomobil benzini

1124,5

101,6

Nafta

184,9

96,1

Kerosin

633,9

97,7

Dizel yanacağı

2611,4

98,1

Mazut

305,3

154,3

Sürtkü yağı

24,9

48,8

Neft bitumu

159,2

69,9

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan benzin istehsalını artırıb

RƏYLƏR


Top news