"Real"dan növbəti darmadağın - 10:2 (VİDEO)

La Liqada 16-cı turun oyunları keçirilir.

Madrid "Real"ı "Rayo Valyekano"nu qəbul edib. Oyunda 12 qol qeydə alınıb. "Real" rəqibini darmadağın edərək 10:2 hesabı ilə qələbə qazanıb. Hesabın bu həddə çatmasında "Rayo Valyekano"nun iki futbolçusunun ilk hissədə qırmızı vərəqə almasının da böyük rolu olub. "Real"ın heyətində Qaret Beyl poker edib. Kərim Benzema het-triklə, Kriştiano Ronaldo isə dublla yadda qalıb.

"Real" (Madrid) - "Rayo Valyekano" - 10:2

Qollar: Danilo, 3, Beyl, 25; 41; 61; 70, Ronaldo, 30 (pen.); 53, Benzema, 48; 79; 90 - Amayya, 10, Hosabed, 12

Qırmızı vərəqələr: Tito, 14, Bayena, 28 (hər ikisi "Espanyol")

"Real" daha öncə - dekabrın 8-də Çempionlar Liqasının qrup mərhələsində qarşılaşdığı "Malmö"nü 8:0 hesabı ilə darmadağın eləmişdi.

"Real" - "Rayo Valyekano" oyununun video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR