Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni film rekord gəlir əldə etdi

Yeni film rekord gəlir əldə etdi

Date: 21 December 2015 04:21

“Ulduz müharibələri” film silsiləsinin növbəti versiyası “Qüvvələrin Oyanışı” filmi ən çox gəlir gətirən filmlər arasında irəliləməkdə davam edir. Disney şirkətinin açıqlamasına görə, həftəsonu Amerika və Kanadada debütündən sonra filmin büdcəsinə 238 milyon dollar daxil olub. Bu, rekord göstərici hesab olunur.

Dünya üzrə isə, 3 gün ərzində büdcənin 517 milyona çatdığı qeyd edilir.

Rejissor Cey Cey Abrams çəkdiyi filmdə Harrison Ford, Mark Hemil, Kerri Fişer, Adam Drayver, Lyupita Nionqo kimi aktyor və aktrisalar rol ifa edirlər.

Filmin Azərbaycanda premyerası dekabr ayının 17-sində olmuşdu.

Amerika və Kanada kinoteatrlarında əvvəlki rekord “Yura Dövrü Dünyası” filminə məxsus idi. Film iyun ayında 208.8 milyon dollar gəlir gətirmişdi.

Tags:  Yeni film rekord gəlir əldə etdi



RƏYLƏR


Top news