“AirFrance” şirkətinə məxsus sərnişin təyyarəsində bomba həyəcanı

“AirFrance” şirkətinə məxsus sərnişin təyyarəsində bomba həyəcanı
05:13 21 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 21 dekabr, AZƏRTAC
Dekabrın 19-dan 20-ə keçən gecə Parisdən Mavriki adasına uçan Fransa Hava Yollarına (AirFrance) məxsus “Boeing 777” təyyarəsində sərnişinlərdən biri ayaqyolundan qəribə səslər gəldiyini bildirəndən sonra təyyarə Keniyanın Mombasa şəhərində təcili eniş edib.
Təyyarənin 459 sərnişini və 14 ekipaj üzvü təxliyə edildikdən sonra aparılan axtarış zamanı ayaqyolunda güzgünün arxasında partlayıcı qurğunun olduğu ehtimal edilən qutu aşkarlanıb.
İçərisinə saniyəölçən qoyulmuş və kağızla doldurulmuş qutunu mənşəcə fransız sərnişinin qoyduğu ehtimal olunur.
Süni “partlayıcı”nın yerləşdirildiyi qutunun təyyarəyə uçuş zamanı qoyulduğu güman edilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AirFrance_sirketine_mexsus_sernisin_teyyaresinde_bomba_heyecani-912833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR