​İspaniyada keçirilən seçkilərdə hakim partiya qalib gəlib

​İspaniyada keçirilən seçkilərdə hakim partiya qalib gəlib
05:32 21 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Son 4 ildə İspaniyada hakimiyyətdə olan sağçı Xalq partiyası parlament seçkilərində qalib gəlib, lakin qanunverici orqanda mütləq əksəriyyəti itirib.
"Report" xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyinin saytında dərc olunan səsverməyə dair ilkin məlumatlar deməyə əsas verir.
Səslərin 16 faizinin hesablanmasına görə, Xalq partiyası parlamentdə 118 mandat alacaq. Mandatlara görə ikinci yeri İspaniya Sosialist Fəhlə Partiyası (97 mandat), üçüncü yeri "Podemos" (63), dördüncü yeri isə "Vətəndaşlar" sağmərkəzçi partiya (27) tutur.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-spaniyada-kecirilen-seckilerde-hakim-partiya-qalib-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR