"Birinci qar" salatı

"Birinci qar" salatı
07:05 21 Dekabr 2015
183 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Birinci qar" salatının hazırlanma qaydasını təqdim edir 

Tərkibi: 

200 q bişmiş toyuq 
3 bişmiş yumurta
80 q pendir
40 q qoz
dənəsiz üzüm
mayonez
duz

Toyuq ətini və yumurtanı saman kimi nazik doğrayın, pendiri sürtgəcdən keçirin. Qozu xırdalayın. 
Pendirdən bir qədərini bəzək üçün ayırın. Qalan hər bir ərzağı ayrıca mayonezlə qarışdırıb azca duz vurun. 

Lay-lay düzün: toyuq + qoz + pendir + yumurta.

Salatın kənarlarına pendir səpin. Üzərini ortadan böldüyünüz üzüm və pendirlə bəzəyin. 

Nuş olsun!

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/391633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR