Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kredit təşkilatının yoxa çıxan işçisi tapıldı

Kredit təşkilatının yoxa çıxan işçisi tapıldı

Date: 21 December 2015 07:12

Pərviz Əlibəyli bu gün evinin qarşısına buraxılıb.

Bir neçə gündür ki, axtarışda olan Bakının Səbail rayonu sakini 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəyli tapılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarından birinin itkin düşən əməkdaşı Pərviz Əlibəyli bu gün evinin qarşısına buraxılıb.

Məlumata görə, Pərviz Masallı rayonunun Boradigah qəsəbəsindən olub. O, Bakıda evinin qarşısına gətirilib. O, itkin düşərkən onun üzərində 5 min dollar pul olub.

Qeyd edək ki, Pərviz dekabrın 17-si səhər saat 07:00 radələrində evdən çıxmış və bir daha geri qayıtmamışdı.
Milli.Az


Tags:  Kredit təşkilatının yoxa çıxan işçisi tapıldı


RƏYLƏR


Top news