Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kadırov cərimələnib

Kadırov cərimələnib

Date: 21 December 2015 07:22

Çeçenistan Prezidenti Ramzan Kadırov təhlükəsizlik kəməri olmadan avtomobil idarə etdiyi üçün cərimələnib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, dünən Kadırov ailəsi ilə birlikdə avtomobildə çəkilən videonu "İnstagram" sosial şəbəkəsi vasitəsilə yayıb.

İstifadəçilər videoya şərh yazaraq bildirdilər ki, nə Kadırov nə də onun ailə üzvləri təhlükəsizlik kəmərindən istifadə etməyiblər.

Daha sonra Kadırov yazdı ki, Yol Hərəkətinin Təhlükəsizliyinin Dövlət Yoxlamasının İdarə rəisi operativ reaksiya verdi. "Protokolu təşkil etdilər, cəriməni yazdılar. Mən bazar ertəsi onu mütləq ödəyəcəyəm".

Milli.Az


Tags:  Kadırov cərimələnib


RƏYLƏR


Top news