Rusiya ordusunda erməni hakimiyyəti

Rusiya ordusunda erməni hakimiyyəti
07:31 21 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Nikolay Bordyuja yaxın zamanlarda vəzifəsini tərk edə bilər və onun vəzifəsi milliyyətcə erməni olan hərbçiyə keçə bilər

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın «RBK» informasiya agentliyi KTMT rəhbərliyinə yaxın mənbələrə istinadən bildirir.

Agentliyin yazdığına görə, yarandığı 2003-cü ildən bu yana təşkilatın ilk və yeganə baş katibi Nikolay Bordyuja olub. KTMT-nin Düşənbə sammitindən sonra Bordyuja gözləyib ki, bu ilin sonuna dövlət başçıları rotasiya qaydalarını təsdiq edəcəklər və bununla da rus hərbçisinin səlahiyyəti bitəcək. Baş katib diqqət yetiribmiş ki, bütün beynəlxalq təşkilatlarda rotasiya prinsipi hakimidir. Moskvaya da dəfələrlə irad bildiriblər ki, bu qayda KTMT rəhbərliyinə şamil edilmir. Buna görə də, Rusiya prezidenti Vladimir Putin baş katibin təyinatı qaydalarını dəyişmək barədə təşəbbüs qaldırıb.


Nikolay Bordyuja - KTMT baş katibi

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, KTMT baş katibinin ölkələr arasında rotasiya qaydası rus əlifbasının sırası ilə aparılacaq. Bu zaman baş katib postuna ilk olaraq Ermənistan, daşa sonra növbə ilə Belarus, Qazaxıstan, Qırğıstan, Rusiya və Tacikistan nümayəndələri rəhbərlik etməlidirlər. Uşakov tərəflərin Ermənistan təmsilçisini KTMT baş katibi təyin etməyə meylli olduğunu bildirir.

Təbii ki, məsələnin bu tərəfi Azərbaycan və Türkiyə kimi Ermənistanla problemi olan ölkələrə sərf etmir. KTMT qüvvələrinin başına keçən erməni hərbçilər Rusiyanın nəzarəti altında olan bu hərbi blokun resurslarından Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın əleyhinə istifadə edə bilərlər.

Bu, bombardmançı Su-34 təyyarəsinin vurulmasından sonra münasibətləri gərgənləşmiş Türkiyə - Rusiya düşmənçiliyini daha da dərinləşdirə bilər. Çünki ermənilərin Türkiyənin Qars, İqdır və Ərdəhan vilaətləri ilə bağlı iddiaları var və 20-ci əsrin əvvəllərində olduğu kimi onlar yenidən Rusiyanın resurslarından yararlanmaq istəyə bilərlər.


KTMT-yə daxil olan ölkələrin rəhbərləri

Düzdür, rusiyalı hərbi ekspert Əjdər Kurtov düşünür ki, erməni hərbçinin KTMT rəhbərliyinə keçməsi heç nəyi dəyişməyəcək və hər şeyi dövlət başçıları şurası, yəni dolayısı ilə Putin həll edəcək. Amma bütün bunlara baxmayaraq, Azərbaycan bərib başdan işini ehtiyatlı tutmalı və hadisənin bu cür cərəyanı zamanı yarana biləcək problemləri Rusiya rəhbərliyinin diqqətinə çatdırmalıdır. Hər halda, ehtiyat igidin yaraşığıdır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367750

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR