Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Şamaxıda üzümçülük yeni inkişaf dövrünü yaşayır

Şamaxıda üzümçülük yeni inkişaf dövrünü yaşayır

Date: 21 December 2015 07:53


Şamaxı, 21 dekabr, AZƏRTAC
Şamaxı rayonunda iqtisadiyyatın aparıcı sahəsini təşkil etməkdə olan üzümçülük hazırda yeni inkişaf dövrünə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, ötən əsrin 70-80-cı illərində bu bölgə Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri idi. Lakin 90-cı illərin əvvəllərində keçmiş Sovetlər Birliyinin dağılması, diqqətsizlik və qayğısızlıq üzündən bu gəlirli sahə demək olar ki, məhv oldu.
Azərbaycanda iqtisadi sabitlik bərpa olunduqdan, regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü dövlət proqramlarına müvafiq olaraq Şamaxı rayonunda da üzümçülüyün inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” Şamaxıda da bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayıb. Artıq rayonda plantasiyaların sahəsi 1622,5 hektara çatdırılıb. Hər il yeni plantasiyalar salınır. Cari ildə Meysəri kəndi ərazisində 45 hektarda, Çaylı kəndi ərazisində isə 15 hektarda yeni üzümlüklərin əkininə hazırlıq işləri aparılır. Bu məqsədə artıq plantaj şum çıxarılıb. Sahələrdə yüksək məhsuldar sortların əkilməsi üçün tədbirlər görülür.

Tags:  Şamaxıda üzümçülük yeni inkişaf dövrünü yaşayır


RƏYLƏR


Top news