Bakı, 21 dekabr, AZƏRTAC
“AGBank” filial şəbəkəsinin optimallaşdırılması prosesinə başlayır.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, optimallaşdırılma prosesinə əsasən “İnşaatçılar” və “Azadlıq” filialları ilə “Elmlər” və “Nəsimi” filialları birləşəcək. Qeyd edək ki, filialların bütün öhdəlikləri, sənədləşən müqavilə və razılaşmalar hüquqi gücünü saxlayacaq. Coğrafi baxımından qonşu olan bu filialların birləşməsi idarə strukturunun təkmilləşdirilməsinə yönəldilib.
Optimallaşdırılma nisbətən kiçik filialların birləşərək böyük, rahat və konseptual xidmət mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Bu proses biznesin daha effektiv idarə olunması, həmçinin inzibati xərclərin azaldılmasına da xidmət edəcək.