Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Selfi can aldı: 2 gənc həlak oldu - FOTO

Selfi can aldı: 2 gənc həlak oldu - FOTO

Date: 21 December 2015 08:12

Türkiyədə 5 dostun magistral yolda selfi çəkməyə cəhd etməsi onlardan ikisinin fəciəvi şəkildə ölümü ilə nəticələnib.
Milli.Az anspress-ə istinadən bildirir ki, 5 dost icarəyə götürdükləri avtomobillə Alanyadan Antalyaya gəzməyə gediblər. Onlar geri qayıdanda yolda avtomobili saxlayaraq alkoqollu içki qəbul etməyə başlayıblar. Bir müddət sonra dostlar magistral yolda uzanaraq selfi çəkmək istəyiblər.

Onların bu arzusu faciə ilə nəticələnib. Belə ki, 27 yaşlı sürücünün idarə etdiyi yük avtomobili dostların üstündən keçib. Dostlardan 3 nəfəri son anda qaçmağa müvəffəq olsalar da 2 nəfər yük maşınının altında qalaraq əzilib. Dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım xidməti 17 yaşlı Məhəmməd Bozqurdun və 19 yaşlı Çağlar Savaşçının öldüyünü müəyyən ediblər.

Bundan əvvəl dəfələrlə dünya mətbuatında, bir çox insanın ekstremal şəraitdə selfi çəkməyə cəhd edərkən ölümlə və ağır xəsarətlərlə nəticələnən qəzalara məruz qalmaları barədə xəbərlər yayılıb.
Milli.Az











Tags:  Selfi can aldı gənc həlak oldu FOTO


RƏYLƏR


Top news