“La Liqa”da dramatik matç: 12 qol, 2 qırmızı vərəqə

“La Liqa”da dramatik matç: 12 qol, 2 qırmızı vərəqə
08:18 21 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Futbol üzrə İspaniya “La Liqa”sında 16-cı turun qarşılaşmaları keçirilib. Turun mərkəzi matçlarından biri Madriddə keçirilib.
AZƏRTAC xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda“Real” “Rayo Vallekano” klubunu qəbul edib və 10:2 hesabı ilə qalib gəlib. “Kral klubu”nun heyətində Qaret Beyl poker edib. Kərim Benzema het-trik, Kristiano Ronaldo isə dublla yadda qalıb. “Real Madrid”in digər qoluna isə müdafiəçi Danilo imza atıb. “Rayo Vallekano”nun heyətində isə Amaya və Yozabed adlarını tabloya yazdırıblar. Bundan başqa, qonaq komandanın daha iki futbolçusu da “fərqlənib”. Tito və Baena qırmızı vərəqə almaqla yadda qalıblar.
Bu qələbə “Real”a Madridin digər təmsilçisi “Atletiko” ilə xal fərqini 2-yə endirməyə imkan verib. Səfərdə “Malaqa” klubuna məğlub olmasına baxmayaraq, “Atletiko Madrid” ikinci pillədəki yerini qoruyub.
Turnir cədvəlinə başçılıq edən “Barselona” klubu isə klublararası dünya çempionatında iştirak etdiyi üçün bu tur oyun keçirməyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/La_Liqada_dramatik_match_12_qol_2_qirmizi_vereqe-912836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR