Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Təcavüzdə suçlanan DİN rəhbəri istefa verdi

Təcavüzdə suçlanan DİN rəhbəri istefa verdi

Date: 21 December 2015 08:22

İsrailin daxili işlər naziri Silvan Şalom tutduğu nazir postundan və millət vəkilliyindən istefa verib.
Milli.Az anspress-ə istinadən bildirir ki, nazirin adının cinsi zorakılıq qalmaqalında hallanması səbəb olub.

"Təxminən 23 ildir millət vəkili və nazir kimi sədaqət hissi ilə xalqıma xidmət etdim. Bunu, ictimai və inzibati məsələlərin inkişafına yönəlmiş vəzifə şüuru və arzusu ilə yerinə yetirdim. Ötən həftə yayılmış bu iddialar məni bezdirdi. Ailəm məni dəstəkləsə də, heç bir şey onların ödəyəcəyi bədəli haqlı göstərə bilməz. Bu şərtlər altında nazirlik vəzifəsindən və millət vəkilliyindən istifadə edirəm." - deyə Şalom istefa bəyanatında bildirib.

İsrail prokurorluğu Silvan Şaloma qarşı bir neçə qadın tərəfindən qaldırılan iddiaları araşdırır.

Ötən həftə İsraildə nəşr olunan "Haaretz" qəzetində Şalomun ofisində çalışan bir qadının ifadələri əsasında xəbər yayılmışdı. Nazirin onunla fiziki təmasda olmağa cəhd etdiyini iddia edən qadın məhkəməyə müraciət etməcəyini bildirmişdi. Bu xəbərdən sonra nazirin yanında çalışmış daha 6 qadının oxşar iddiaları mətbuatda yayılmışdı.

Silvan Şalomun istefasından sonra İsraildə daxili işlər nazirinin kim olacağı hələlik məlum deyil.
Milli.Az


Tags:  Təcavüzdə suçlanan DİN rəhbəri istefa verdi


RƏYLƏR


Top news