“Dəqiq bilirik ki, əfv olacaq”

“Dəqiq bilirik ki, əfv olacaq”
08:32 21 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il öncəsi Azərbaycanda əfv sərəncamının veriləcəyi ilə bağlı cəmiyyət arasında gəzən söz-söhbətlər bayram yaxınlaşdıqca, daha aktual olur. Doğrudur, Avropadan son günlərdə gələn təzyiqlər bu məsələdəki fikirlərdə müəyyən tərəddüdlərin yaranmasına səbəb olub.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində geniş əfv sərəncamı veriləcəyinə inananlar çoxluq təşkil edir. Xüsusilə, Milli Məclisin son iclasında əfvlə bağlı müzakirələrin aparılması, əfv veriləcəyi barədə çıxışlar ümidləri daha da artırıb.  

Böyük Quruluş Partiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa əfv siyahısının artıq hazırlandığını bildirdi: "Hər ilin sonunda belə bir fərman verilir. Aldığım qeyri-rəsmi məlumata görə, belə bir əfv siyahısı hazırlanıb. Yəqin ki, Həmrəylik Günü ərəfəsində elan olunacaq. Ya bu həftənin sonu, ya da gələn həftənin əvvəllərinə təsadüf edə bilər. Burada çoxlu sayda məhbusun həbsdən azad olunması nəzərdə tutulub. Avropadan gələn təzyiqlərin əfvə təsir edəcəyini istisna etmirəm. Bir sıra məhbusların azad olunması çox vacibdir. Xüsusilə, Tofiq Yaqublunun həbsdə saxlanılmasına heç bir əsas yoxdur. Qarabağ döyüşlərində iştirak edən birisinin həbsdə saxlanılmasının nə adı var? Bu şəxs vətən üçün döyüşüb. Nə olsun ki, Avropadan bu şəxsin kimsə azad olunmasını tələb etmir. Belə məsələlərdə özümüzə aid olanlara diqqət yetirməyimiz vacibdir. Qarabağ uğrunda döyüşmüş şəxslərə ayrı bir yanaşma olmalıdır. Avropanın tələb etdiyi məhbusların azad edilməsi hesab edirəm ki, xarici münasibətlər istiqamətində müsbət irəliləyişlər ola bilər. Hakimiyyətin son anda fikrini dəyişəcəyi də mümkündür. Hakimiyyət də yaxşı bilir ki, hansı addımı nəticəsiz ola bilər. Hər halda iqtidar bunu dəyərləndirir. Hansısa beynəlxalq təşkilatın diktəsi ilə hərəkət etmədiyini çox vaxt göstərib. Ölkənin ali maraqları tələb edirsə, müəyyən addımların atılması vacibdir. Sanksiyalarla bağlı məsələdə bir qədər mürəkkəblik var. Düşünürəm ki, hakimiyyət bəzi barışdırıcı addımlara getməlidir. Çünki ölkəyə qarşı hansısa sərt qərarların verilməsinə bəhanə olmamalıdır".

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu sanksiya qərarından əvvəl əfv siyahılarının hazırlandığını söylədi: "Avropa Şurası biləndə ki, əfv siyahıları hazırlanır, bu məsələni gündəmə gətirdi. Göstərmək istəyir ki, sanksiyalarımız hesabına qərar verildi. Biz çoxdan demişik ki, əfv sərəncamı hazırlanır. Bu iki-üç ay öncəyə təsadüf edir. Sanksiyaların bu məsələyə dəxli yoxdur. Avropa sadəcə özünü göstərmək istəyir. Biz çox istəyirik ki, siyasi məhbuslarımızın hamısı azad olunsun. Qarşıdakı günlərdə bununla bağlı görüşümüz olacaq. Dəqiq bilirik ki, əfv fərmanı olacaq. Avropanın bəyanatları hamımız bilirik ki, mənfi nəticə verir. Ən çox bundan çəkinirik.

Açığı, inanmıram ki, sanksiya tətbiq etsinlər. Həmişə deyirik ki, dövlət içərisində bu məsələləri həll edək. Leyla və Arif Yunusu hökumət öz iradəsi ilə azad etdi. Nə qədər çox təzyiq olursa, hakimiyyətin mövqeyi bir o qədər sərt olur. Buna görə də təzyiqlər gərəksizdir. Əfv öncəsi Avropanın addımları ürəyə yatan deyil. Amma əfv sərəncamı 100% olacaq. Gələn həftənin əvvəli bu daha realdır. Bu əfv fərmanı əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək. Daha çox siyasi məhbus azad ediləcək. İnanıram ki, istədiyimizə nail olacağıq ".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Barselona" Arda Turanın qiymətini açıqladı

17 Avqust 2017 10:07

Deputat xaricdəki azərbaycanlılara səsləndi - "Qarabağ" üçün

17 Avqust 2017 10:07

Bakıda qadın həmcinsini xəstəxanalıq etdi

17 Avqust 2017 10:04

“Gedirəm, üzümdə həsrət naxışı…” – İlhamə Quliyevanın doğum günüdür

17 Avqust 2017 10:03

Prokuror "Qala BTX" MMC-nin keçmiş əməkdaşlarına ümumilikdə 493 il cəza istəyib

17 Avqust 2017 10:02

Naxçıvan əhalisinin sayı açıqlanıb

17 Avqust 2017 09:57

AMEA-nın magistraturasına qəbul olanların nəzərinə!

17 Avqust 2017 09:54

Bakının mərkəzi küçəsində QORXUNC ANLAR: 45 yaşlı qadın huşunu itirdi və ...

17 Avqust 2017 09:53

Çində leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib

17 Avqust 2017 09:52

CƏBHƏDƏN XƏBƏR VAR

17 Avqust 2017 09:49

Məşhur müğənni səhnədə növbəti dəfə BİABIR OLDU - FOTO

17 Avqust 2017 09:48

Kopenhagendə "Qarabağ"ı izləmək neçəyə başa gələcək? (QİYMƏTLƏR)

17 Avqust 2017 09:47

Atatürkün portreti silinir - 35 il sonra

17 Avqust 2017 09:43

Türkiyədə zəlzələ: 17 min ölü, 44 min yaralı

17 Avqust 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

17 Avqust 2017 09:37

"Neftçi"nin keçmiş hücumçusu Malta klubu ilə müqavilə bağlayıb

17 Avqust 2017 09:37

Bakıda 32 yaşlı kişi özünü asaraq intihar edib

17 Avqust 2017 09:37

Atəşkəs ötən gecə də pozuldu - 100 dəfədən çox

17 Avqust 2017 09:34

VALYUTA MƏZƏNNƏLƏRİ

17 Avqust 2017 09:33

"Dünyanın ən gözəli" bu şəhər seçildi - FOTO

17 Avqust 2017 09:29

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

17 Avqust 2017 09:28

Ermənilər atəşkəs rejimini 117 dəfə pozublar

17 Avqust 2017 09:27

"Azercell" abunəçilərini xəbərdar edib

17 Avqust 2017 09:27

Bakıda kafe yandı

17 Avqust 2017 09:27

Naft bahalaşdı

17 Avqust 2017 09:23

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.08.2017)

17 Avqust 2017 09:22

Paytaxtın şimal hissəsi yanır - VİDEO

17 Avqust 2017 09:18

“Barselona” yenə “Real”la bacarmadı - VİDEO

17 Avqust 2017 09:17

Millət vəkili: "Kim istəyirsə, qonaqlıq verə bilərəm"

17 Avqust 2017 09:17

Xarici valyutaların manata qarşı məzənnələri

17 Avqust 2017 09:16

Bu ərazilərdə EV TİKMƏYİN - XƏBƏRDARLIQ

17 Avqust 2017 09:13

Samuxda zəlzələ olub

17 Avqust 2017 09:05

Samuxda ZƏLZƏLƏ

17 Avqust 2017 09:03

Venesuelada həbsxanada toqquşma - 35 ölü

17 Avqust 2017 09:03

Britaniyanın baş naziri Trampı tənqid edib

17 Avqust 2017 08:52

Model Didem Soydanın cəsarətli fotosu minlərlə BƏYƏNMƏ ALDI

17 Avqust 2017 08:33

Şəmkirdə avtomobil piyadanı vurub

17 Avqust 2017 08:22

Gəlin köklə birlikdə qayınanasının nişan üzüyünü “çıxardı” – FOTO

17 Avqust 2017 08:03

İŞİD İraqda polis postuna hücum edib: ölənlər və yaralananlar var

17 Avqust 2017 08:02

ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir - Ağ ev rəsmisindən etiraf

17 Avqust 2017 07:44

Ronaldo beş oyunluq diskvalifikasiyanı şərh etdi

17 Avqust 2017 07:33

Avropa Liqasında “pley-off” mərhələsinin növbəti ilk oyunları keçiriləcək

17 Avqust 2017 07:12

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 07:03

Avropa futbolunda ilk: oyunu qadın idarə edəcək

17 Avqust 2017 06:59

Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı

17 Avqust 2017 06:47

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib - 40 dinc sakin həlak olub

17 Avqust 2017 06:33

Moskvada güclü yanğın

17 Avqust 2017 06:14

Naxçıvan əhalisinin gəlirləri artıb

17 Avqust 2017 06:07

“Tesla” şirkəti kiçik daşına bilən ev təqdim etdi

17 Avqust 2017 06:03

Avropada gücü 900 vattdan çox olan tozsoranların satışına qadağa qoyulacaq

17 Avqust 2017 05:33