Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​XİN: "ABŞ Çinin maraqlarına hörmət etməlidir"

​XİN: "ABŞ Çinin maraqlarına hörmət etməlidir"

Date: 21 December 2015 08:47

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ Çinlə əməkdaşlıq etmək istəyirsə, onun köklü maraqlarına hörmət etməlidir.
"Report" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon söhbəti zamanı Çinin XİN rəhbəri Van İ bildirib.
"Hazırda dünya müxtəlif qlobal təhlükələrlə üzləşir, onların bəzilərinə bütün ölkələr birlikdə cavab verməlidir. Amerika tərəfi Çin ilə əməkdaşlıq səylərində onun köklü maraqlarına hörmət etməli və onun ifadə etdiyi ciddi narahatçılığa diqqət yetirməlidir", - deyə XİN rəhbəri bildirib.
"Van İ Kerriyə Çin tərəfinin Tayvan və Cənubi Çin dənizi məsələləri üzrə mövqeyini izah edib və ABŞ-ın Tayvana silah satışına və güc nümayişi üçün Nanşa adaları ərazisinə gəmi aviasiyası təyyarələri göndərməyə son qoymağı tələb edib", - deyə məlumatda bildirilir.

Tags:  XİN ABŞ Çinin maraqlarına hörmət etməlidir

RƏYLƏR


Top news