İblisin çox sadəlövh birisi olduğu görünür

İblisin çox sadəlövh birisi olduğu görünür
08:57 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az azadliq.org-a istinadən Mark Tvenin dinə dair replikalarını təqdim edir.

ADƏMLƏ  HƏVVA HAQQINDA

Adəmlə Həvvanın bizdən çoxlu üstünlükləri vardı, ancaq onların körpəlikdə diş çıxararkən çəkdiyimiz ağrılara tuş gəlməməkdə bəxtləri daha çox gətirmişdi.

* * *

Adamla Həvva danışmağa çətinliklə söz tapmalı idilər: axı onların kiminsə arxasınca danışmaq imkanları yox idi.

* * *

İlanı yemək qadağan olunsaydı, Adəm onu da yeyəcəkdi.

* * *

Adəmın bəxti gətirmişdi! Birdən o itiağıllılıq eləsəydi, haçansa kiminsə etdiyi zarafatı təkrarlamadğına arxayın ola bilərdi.

* * *

Bizə yaxşılıq eləmiş Adəmə minnətdar olmalıyıq. O, bekarlıq "xoşbəxtliyini" əlimizdən alıb bizi, "lənətə gəlmiş" əməyə qatlaşmağa sürükləmişdi.

* * *

Mən indi Həvva ilə bağlı düşüncələrimdə yanıldığımı anlayıram: yaxşısı, cənnətdən qıraqda onunla yaşamaqdır, nəinki cənnətdə onsuz qalmaq.

BİBLİYA  HAQQINDA

Bibliyanı oxuyanda Tanrının hər şeyi bildiyinə deyil, onun bunca biliksiz olmasına görə təəcüblənirsən.

* * *

Tanrı yaradıcılıqla məşğul olduğu sonuncu gün, yorulub əldən düşəndə, insanı yaratmışdı.

* * *

Tanrı dünyanı yaradandan sonra öz gördüyü işdən razı qaldığını demişdi. Mən də özümün yaratdığım birinci əsərimdən beləcə razı qalmışdım.

Ancaq zaman belə tələsik qənaətlərin yanlış olduğunu üzə çıxarır. Mənə elə gəlir, indi o da öz yaradıcılığına, mənim birinci yaratdığım "Avamlar yad ölkədə" əsərimi bəyənmədiyim kimi yanaşır. Fakt göz önündədir: mənim də, onun da yaradıcılığımızda çoxlu bişməmiş yerlər var.

* * *

Çox vaxt, mənə elə gəlir, ümüumdünya daşqını olanda Nuh öz komandası ilə birgə gecikib gəmiyə minə bilməsəydi, daha yaxşı olardı.

* * *

Dünyanın başlanğıcında yaşasaydım, Qabili mühakimə eləməzdən öncə, onun Habili nə üçün öldürməsi ilə bağlı qonşuların nə dediklərini öyrənərdim.

* * *

Bibliyada yazıldığına görə, Mafusail 969 il yaşamışdı. Siz, istəkli oğlanlar və qızlar, on il sonra Mafusailin bütün ömrü boyu gördüyündən daha çox şeylər görəcəksiniz.

* * *

Başqa heç bir kitabın satışından Bibliya qədər qazanc götürmək olmur, düzdür, ondan başqa da, ədəbsiz... daha doğrusunu desək, başqa ədəbsizlik yayan kitablar da, yaxşı qazanc gətirir.  

* * *

İndiyədək də, mənim uşaqlıq və gənclik illərimin yaxşı keçməsi qayğısına qalmalı olan insanlara acığım soyumamışdır: onlar məni ağılsızlıqdan çəkindirmək yerinə, nəinki mənə Bibliyanı oxumağa icazə vermiş, hətta özləri bilərəkdən, məni on beş yaşımadək onu başdan ayağa oxumağa məcbur eləmişlər. Ömründə bircə dəfə də olsa Bibliyanı oxudunsa, ömrünün sonuna kimi heç cür günahkar düşüncələrdən qurtula bilmirsən.

* * *

Bibliyanın qoca tanrısı çox gözüaçıq bir işbaz olmuşdur. Söz gəlib nəğd gümüşə çatan kimi, o, rəsmi danışıqlarla bağlı yanşamağını saxlayır (möminlikdən, yüksək duyğulardan, ürəyiyumşaqlıqdan danışmaq onun üçün dəyərini itirir) və əsas işə keçir. Gümüş cingiltisi və qazancı hesablamaq Bibliyanın ana xəttidir.

* * *

Hətta İncildə deyilənlərdən də İblisin çox sadəlövh birisi olduğu görünür. O, İsanı uca bir dağın başına gətirir, özünə boyun əyərsə ona bütün dünyanı bir mülk olaraq bağışlayacağını vəd eləyir.

Birincisi, İsa Məsih Tanrının tək oğlu olduğu üçün dünya onsuz da onun mülkü idi. İkincisi, İblisin uca bir dağ başından ona göstərə biləcəyi yerlər bütün dünyanı qapsaya bilməzdi, olsa-olsa Fələstinin bir-neçə hektar daşlı torpağı ola bilərdi. Belə bir şirnikdirmə ağlabatan olsaydı, onda böyük neft kompaniyası olan "Standart Oil Company" yiyəsi Rokfelleri də bir qallon (4.5 litrə yaxın) kerosinlə yoldan çıxarmaq olardı.

Tərcümə edən: Araz Gündüz
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ordumuz düşməni vahiməyə saldı

28 May 2017 16:53

Üzük barmağından çıxmadı, FHN köməyə gəldi

28 May 2017 16:52

Kürdəmirdə avtomobil yanıb

28 May 2017 16:44

Əli Əliyev növbəti dəfə partiya sədri seçildi - FOTOLAR

28 May 2017 16:43

Mehriban Əliyeva qızları ilə bayram tədbirində

28 May 2017 16:43

28 may - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib

28 May 2017 16:42

"NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq"

28 May 2017 16:42

KXDR Hava Hücumundan Müdafiə sisteminin yeni raketini nümayiş etdirib

28 May 2017 16:37

Dolma bükərkən ehtiyatlı olun!

28 May 2017 16:37

AZƏRBAYCANDA AİLƏ FACİƏSİ: Bu gün 50 illik yubileyi olacaqdı, oğlu tərəfindən öldürüldü

28 May 2017 16:29

Sevgilisini milyonçuya çevirən şahzadə

28 May 2017 16:28

Ziyafət Əsgərov: “Azərbaycan nümayəndə heyəti NATO-nun komitə iclaslarında Ermənistanın işğalçı dövlət olduğunu sübut edir”

28 May 2017 16:22

Əfsanəvi müğənninin təyyarəsi dəyərindən qat-qat ucuz satıldı - FOTO

28 May 2017 16:19

Oruc tutanlara çimmək olarmı?

28 May 2017 16:12

Azərbaycanda ən çox istifadə olunan yalanlar

28 May 2017 16:12

Viləşçay çayında çimərkən batmış şəxslərin cəsədləri tapılıb

28 May 2017 16:07

Onlayn alış-veriş zamanı necə aldanmayaq?

28 May 2017 16:05

Əli Əliyev növbəti dəfə VİP-in sədri seçildi

28 May 2017 15:55

Əfqanıstanda ağır yol qəzası: bir ailənin 15 üzvü öldü

28 May 2017 15:50

Aralıq dənizində balıqçı gəmisi batıb, 5 nəfər ölüb

28 May 2017 15:49

İraqda terrorçu-kamikadze özünü partlatdı: 4 ölü

28 May 2017 15:48

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

28 May 2017 15:47

Mübariz Mənsimov bu modelə 500 min təklif etdi - FOTOLAR

28 May 2017 15:44

Ərzaq daşıyan avtomobil qəzaya düşdü: 3 yaralı

28 May 2017 15:39

Tarixin ən bahalı transferi olacaq FUTBOLÇU

28 May 2017 15:38

Ölkələr üzrə ən çox satılan avtomobil modelləri

28 May 2017 15:38

Dırnaq boyaları xərçəng yaradır

28 May 2017 15:34

Mənsimovdan məşhur modelə fantastik təklif - FOTO

28 May 2017 15:32

Özünü bulvarda öldürmək istədi – AİLƏ PROBLEMİ

28 May 2017 15:29

Çində restoranda partlayış baş verib: 12 yaralı

28 May 2017 15:29

Oğurlanan Fransa vətəndaşı azad edildi

28 May 2017 15:27

150 minə ev alan müğənnini aldatdılar: "Məhkəməyə verəcəm"

28 May 2017 15:24

BMT Baş katibinin xüsusi nümayəndəsinə qarşı sui-qəsdin üstü açıldı

28 May 2017 15:22

"Zirə" fransalı futbolçudan imtina etdi

28 May 2017 15:17

“Qarabağ” gürcülərə 7 qol vurdu

28 May 2017 15:17

"Qəbələ" Macarıstanda iki heç-heçə etdi

28 May 2017 15:17

Ölümdən sonra 10 tükürpədici FAKT

28 May 2017 15:17

İran prezidentinin birinci müavini Mehriban Əliyevanı təbrik edib

28 May 2017 15:14

Rusiyada 60 karatdan artıq almaz tapıldı - 174,5 min dollarlıq

28 May 2017 15:13

Üzüyü barmağından kəsib çıxartdılar - BAKIDA

28 May 2017 15:09

Masallıda 2 nəfər Viləşçayda çimərkən batıb, axtarış aparılır

28 May 2017 15:08

2 nəfər Viləşçayda batdı

28 May 2017 15:08

Viləşçayda iki nəfər batdı

28 May 2017 15:05

İranın 2 sərhədçisi öldürüldü

28 May 2017 15:03

Dalaşan sərnişinlərə görə təyyarə məcburi eniş etdi

28 May 2017 14:59

Goranboyda dolu meyvəçiliyə ciddi ziyan vurub

28 May 2017 14:57

Şokolad ev şəraitində belə hazırlanır

28 May 2017 14:56

Azərbaycanda 2 nəfər çayda batdı - AXTARIŞ APARILIR

28 May 2017 14:54

İnternetin sürətinə görə dünya lideri hansı ölkədir? - SİYAHI

28 May 2017 14:53

Əli Əliyev növbəti dəfə VİP-in sədri seçilib

28 May 2017 14:42