Mərkəzi Bankdan bəyanat: ÜZƏN MƏZƏNNƏYƏ KEÇİLDİ

Mərkəzi Bankdan bəyanat: ÜZƏN MƏZƏNNƏYƏ KEÇİLDİ
09:54 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq"

Azərbaycan Mərkəzi Bankı bəyanat yayıb. Bankdan Lent.az-a daxil olan bəyanatı təqdim edirik: “Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarmışdır.

Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalmışdır.

Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu.

Lakin, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırmışdır. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötmüşdür.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri etmişdir.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir.

Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir”.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Türkiyədən narkotik gətirən qızların məhkəməsi başladı

24 Aprel 2017 11:39

Onun şansı çoxdur - Ermənilər artıq yol axtarır, bəs biz? - FOTO

24 Aprel 2017 11:37

“Samsung Galaxy S8” istifadəçiləri alış-verişi baxışla təsdiq edəcəklər

24 Aprel 2017 11:35

Qədir Qızılsəs: "2 bacım, 2 qardaşım dünyasını dəyişdi"

24 Aprel 2017 11:34

Putin-Ərdoğan görüşü öncəsi Ankaradan BÖYÜK JEST

24 Aprel 2017 11:33

""Real" Madriddə başqa cür hakimliyə öyrəşib"

24 Aprel 2017 11:32

Tarkanın Bakı konsertindən qazanacağı MƏBLƏĞ

24 Aprel 2017 11:32

Əcnəbilərə dini ayinlərlə bağlı qadağalar aradan götürülür - AZƏRBAYCANDA

24 Aprel 2017 11:29

Ofisiant işləyib, disk satan Fərdanın

24 Aprel 2017 11:28

Türkiyə aviaşirkəti fəaliyyətini dayandırdı

24 Aprel 2017 11:27

Yumurta ana südü qədər dəyərlidir

24 Aprel 2017 11:26

ADB ötən il Azərbaycana 1,3 mlrd. dollardan çox kredit ayırıb

24 Aprel 2017 11:24

Tarkan Bakı konsertindən YARIM MİLYON dollar qazanacaq

24 Aprel 2017 11:23

Bu gün AŞPA-nın yaz sessiyası başlayır

24 Aprel 2017 11:23

Erməni əsir qaçdı: 5 nəfəri güllələdi

24 Aprel 2017 11:22

Kəlbəcər girovları ilə görüş olacaq

24 Aprel 2017 11:22

Məşhur azərbaycanlı müğənni səs-küy yaradacaq EROTİK KLİP ÇƏKDİ - VİDEO

24 Aprel 2017 11:18

Heydər Əliyev Mərkəzinin parkında "Oxu Günü" keçiriləcək

24 Aprel 2017 11:17

Çempionlar Liqasının qalibi müəyyənləşdi

24 Aprel 2017 11:17

® Bütün işlərinizin həlli üçün 20 000 manatadək nağd pul krediti

24 Aprel 2017 11:14

Fransa seçkilərində qutudan Ərdoğan çıxdı: Avropanı QORXUYA SALAN “UZUN ADAM” - FOTOLAR

24 Aprel 2017 11:13

Azərbaycanda külək elektrik xətlərini dolaşdırdı, kənar əşyaları xətlərə çırpdı

24 Aprel 2017 11:12

"Aldadıldığımı düşündüyüm üçün öldürdüm" - Yazdığı şeirdəki kimi arvadını qətlə yetirən şəxs - FOTO

24 Aprel 2017 11:12

İranda prezidentliyə namizədlər arasında Azərbaycan üçün ən məqbulu hansıdır?

24 Aprel 2017 11:12

Güclü külək toy çadırını bu hala saldı - AZƏRBAYCANDA

24 Aprel 2017 11:09

Daha bir müğənni içkili halda sükan araxasında tutuldu - FOTO

24 Aprel 2017 11:05

Şimali Koreya ABŞ gəmisini vurmağa hazırlaşır - VİDEO

24 Aprel 2017 11:03

Rüşvətə görə tutulan hakimin sərvəti: 2 milyonluq villa, bahalı maşın...

24 Aprel 2017 10:57

Siqareti atmaq istəyənlər OXUSUNLAR

24 Aprel 2017 10:57

Qara Qarayev: "İstəməklə hər şey olmur" - MÜSAHİBƏ

24 Aprel 2017 10:57

Mütəllibovun həyat yoldaşı əməliyyat edildi - keçmiş prezidentdən AÇIQLAMA

24 Aprel 2017 10:54

Gülən 100 il yaşamaq üçün görün nə etdi? – Rokfellerəin yolunu gedir

24 Aprel 2017 10:53

"Barselona" "Real"ın rekordunu qırdı

24 Aprel 2017 10:52

"Quş qripi" TƏHLÜKƏSİ: 34 yaşlı kişi xəstəxanaya yerləşdirildi

24 Aprel 2017 10:48

Neslihan Atagül hamilədir? - Ərindən açıqlama - FOTO

24 Aprel 2017 10:47

Azərbaycan-İran sərhədində insident

24 Aprel 2017 10:47

Qaraciyəri qara günə salan qidaları tanıyaq

24 Aprel 2017 10:45

Bu da İlkin Həsəninin toyaxşamı - VİDEO

24 Aprel 2017 10:44

Bu məhsullar Azərbaycanı dünyaya tanıdacaq – FOTOLAR

24 Aprel 2017 10:43

Bakıda məktəb direktoru yıxılaraq öldü

24 Aprel 2017 10:42

Məktəb direktoru yıxılaraq öldü

24 Aprel 2017 10:41

Masallı-Yardımlı avtomobil yolunun sürüşən hissəsi təmir edildi

24 Aprel 2017 10:38

Ərindən ayrılan ATV-nin tanınmış aparıcısı məmurla sevgili oldu - FOTO

24 Aprel 2017 10:37

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenidən bağlandı

24 Aprel 2017 10:37

“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq

24 Aprel 2017 10:35

Məktəb direktoru yıxılaraq ölüb - BAKIDA

24 Aprel 2017 10:34

İlkin Həsəni subaylığın son gecəsi KİŞİLƏRİ BAŞINA TOPLAYIB BUNU ETDİ - FOTO/VİDEO

24 Aprel 2017 10:33

Tarixdə bu gün nələr baş verib?

24 Aprel 2017 10:33

Azərbaycanda şair özünü asdı

24 Aprel 2017 10:32

Elmar Məmmədyarov Litvaya getdi

24 Aprel 2017 10:32