​Rusiyada partlayış baş verən binanın dağıntısı altında 5 nəfər qalıb

​Rusiyada partlayış baş verən binanın dağıntısı altında 5 nəfər qalıb
10:02 21 Dekabr 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiyanın Volqoqrad şəhərində yaşayış evinin partlaması nəticəsində dağılan binanın 200 kubmetrə yaxın konstruksiyası daşınıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə idarəsinin təmsilçisi bildirib.
Məlumata görə, bütün gecəboyu qəzanın nəticəsinin aradan qaldırılması işi davam etdirilib. Xəbərdə bildirilib ki, dağıntılar altından bir nəfərin meyiti çıxarılıb, 5 nəfərin də da uçqunlar altında qaldığı ehtimal edilir.
Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Qeyd edək ki, dekbarın 20-də Volqoqrad şəhərinin Kosmonavtlar küçəsində 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib. Binanın bu blokunda 150-yə yaxın sakin yaşayırmış. Hadisənin məişət qazının partlaması nəticəsində baş verdiyi ehtimal edilir. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyada-partlayis-bas-veren-binanin-dagintisi-altinda-5-nefe

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR