Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Məşhur aktyorun arvadı həbs oluna bilər - FOTO

Məşhur aktyorun arvadı həbs oluna bilər - FOTO

Əməkdar artist baba oldu - FOTO (23 Mart 2017 11:47)

Tarix: 21 Dekabr 2015 10:17

İspaniya məhkəməsi dünyaca məşhur britaniyalı aktyor Şon Konnerinin arvadını, 86 yaşlı Mişlin Rokbryunu həbs etməyə hazırlaşır.

M.Rokbryun daşınmaz əmlak əməliyyatlarından əldə etdiyi gəlirlərə görə vergi ödəməməkdə suçlanır.

Milli.Az European-a istinadən bildirir ki, məhkəmə M.Rokbryuna qarşı irəli sürülmüş ittihamları təsdiqləyərsə, onda onu 22 milyon dollar məbləğində cərimə və 2 il müddətinə həbs gözləyir.

İspaniya prokurorluğundan verilən məlumata görə, M.Rokbryun 1998-ci ildə Marbelya şəhərindəki "Malibu" villasını satdığı pullardan vergi ödəməyib. İstintaqın fikrincə, Rokbryun gəlirlərini gizlətmək üçün vəkillərlə sövdələşib.

Sonucda İspaniya xəzinəsinə 8 milyon dollarlıq ziyan dəyib.

M.Rokbryun bütün ittihamları rədd edib.

Şon Konnerinin xanımı hazırda Baham adalarında yaşayır.

Məhkəmə prosesi İspaniyanın Malaqa şəhərində keçiriləcək.

Milli.Az






Teqlər:  Məşhur aktyorun arvadı həbs oluna bilər FOTO



RƏYLƏR


Top xəbərlər