Dövlət başçısı qaydalara əməl etmədi, cərimələndi

Dövlət başçısı qaydalara əməl etmədi, cərimələndi
10:31 21 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Çeçenistan dövlət başçısı Ramzan Kadırov maşını təhlükəsiz kəməri olmadan idarə etdiyi üçün cərimələnib.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı bildirib ki, o, digər fiziki şəxslər kimi qanuna tabe olaraq, cəriməni bu gün ödəyib. Məsələ ilə bağlı R.Kadırov öz İnstaqram səhifəsində video paylaşıb və bununla bağlı status yazıb:

"Dünyada ideal insan yoxdur. Amma ideal olmağa doğru getmək üçün biz ömür boyu çalışmalıyıq. Təəssüf ki, səhvlər məndə də olur. Bu gün də təhlükəsiz kəmərindən istifadə etmək yadımdan çıxıb. Buna görə məni saxladılar, protokol yazdılar və cərimələdilər. Söz verirəm ki, pulu mütləq ödəyəcəm", - deyə o öz səhifəsində yazıb.


Ramzan Kadırov sükan arxasında

Ramzan Kadırov əlavə edib ki, o, həmişə işıqforda maşını saxlayır, yol qaydalarına riayət edir. Bundan sonra isə daha əzmlə riayət edəcək. Ölkə başçısı hamını yollarda məsuliyyətli olmağa çağırıb.

"Yol hərəkət qaydalarına riayət edin!", - deyə Kadırov vətəndaşlara müraciətində edib.

Maşınında uşaq oturacağının olmamasına da izah gətirən prezident, əslində, bunun da səhv olduğunu bildirib.

Bu ilin avqustunda Çeçenistanda Ramzan Kadırovun tələbi ilə Yol Hərəkəti Qaydalarını pozanlara qarşı sərt tədbirlər tətbiq edilməyə başlanılıb. Sutka ərzində respublikanın yollarında 680 maşın saxlayıb cərimə üçün dayanacağa gətirilib və təxminən sürücülərə 900 protokol yazılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR