“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb

“Bakı Şəhər Halqası” şirkəti təmir işləri ilə bağlı açıqlama yayıb
10:53 21 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” şirkəti gələn ilin iyununda keçiriləcək bu mötəbər idman hadisəsi ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 20-dən etibarən Neftçilər prospektinin Azadlıq prospektindən Puşkin küçəsinədək olan hissəsi asfalt örtüyünün təmirinə bağlanıb. Qeyd olunan təmir işlərinin 7 gün ərzində davam edəcəyi gözlənilir. Münasib olmayan hava şəraiti və gözlənilməz hallar üzündən təmir işlərinin uzun sürəcəyi halda şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq.
Yarışdan əvvəl salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir, Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Seher_Halqasi_sirketi_temir_isleri_ile_bagli_achiqlama_yayib-912844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR