Xəzərdə xilasedici kombinezon tapıldı - axtarışlar davam edir

Xəzərdə xilasedici kombinezon tapıldı - axtarışlar davam edir
11:06 21 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə axtarış-xilasetmə işləri davam etdirilir. Özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb.

Bu barədə ANS PRESS-ə qərargahdan məlumat verilib. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir. İtkin düşən neftçiləri tapmaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri, bir təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 3 gəmisi və AZAL-ın bir helikopteri axtarışlara cəlb olunub.

Qərargahdan onu da bildirirlər ki, ABŞ-dan gələn 3 gəmi isə qaz quyularının ətrafında təmizlik işləri aparır, çünki yanğından sonra quyuların ətrafı, platforma deformasiyaya uğrayıb. Gəmilər quyunun ağzına çatmaq və onları söndürmək üçün təmizlik işləri görürlər. İndiyənədək 2 quyu sündürülüb, daha 4 quyu isə yanır.

Bundan başqa, FHN-nin daha 2 gəmisi platforma ətrafına neftdağılmanın olub-olmadığı müəyyən etmək üçün mütəmadi monitorinqlər keçirir.

Dünən günorta radələrində Xəzər dənizindən tapılan kombinizonla bağlı məsələyə də qərargahdan aydınlıq gətirilib: "Dünən günorta əməkdaşlarımız dənizdən bir neftçi kombinizonu tapıblar. Bununla bağlı həmin ərazinin ətrafında axtarışlar aparılsa da, amma heç kim aşkarlanmadı. Tapılan kombinizonun da yanğın zamanı itkin düşən nefçilərər aid olub-olmadığı da bəlli deyil".

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Baş vermiş hadisə nəticəsində 7 nəfərin meyiti tapılıb. 23 nəfər itkin düşüb, 42 nəfər isə xilas edilib.


Xəzərdə baş vermiş yanğın

Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:

Sonuncu Platforma (VİDEO)
Günəşli platformasındakı yanğının söndürülməsində ciddi dönüş
"Günəşli"dəki yanğına desant edildi (YENİLƏNİB)
Kəmaləddin Heydərov və Elçin Quliyev yanan platformaya baxdılar
Dəhşətli yanğından ən son görüntülər (TAM VİDEO)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR