Moskvada 20-ci dəfə Beynəlxalq Stanislavski mükafatı təqdim ediləcək

Moskvada 20-ci dəfə Beynəlxalq Stanislavski mükafatı təqdim ediləcək
11:17 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Moskvada Beynəlxalq Stanislavski mükafatlarının təqdimat mərasimi olacaq.
"Report" xəbər verir ki, 2015-ci ilin yekunlarına görə verilən mükafat 20-ci dəfə təqdim ediləcək.
Bu il 7 sənətkara təqdim ediləcək mükafat "Dünyada aktyor sənətinin inkişafına töhfə" nominatsiyasında veriləcək.
Mükafatın namizədləri sırasında məşhur Britaniya və Amerika aktyoru Entoni Hopkins, Rusiyanın tanınmış xoreoqrafı, SSRİ xalq artisti Yuri Qriqoroviç, aktyor Vyaçeslav Evlantyev, Mariya Smolkina, Oleq Rebrov, Şamil Xamatov və Maksim Kerin var.
Stanislavski adına mükafat fondunun art-direktoru Zeynəb Seyidzadənin sözlərinə görə, bu ilki mükafatın məbləği 2500 dollar olacaq. Laureatların mükafatları isə nisbətən aşağı məbləğlə müəyyənləşdirilib. Zeynəb Seyidzadə 20-ci dəfə təqdim edilən mükafatın bu günədək 170 sənət adamına verildiyini bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/moskvada-20-ci-defe-beynelxalq-stanislavski-mukafati-teqdim-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR