“Günəşli”ki yanğında xəsarət alan 4 neftçi evə buraxılıb

“Günəşli”ki yanğında xəsarət alan 4 neftçi evə buraxılıb
11:19 21 Dekabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 4-ü evə buraxılıb.

 

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər - Rəşid Hüseynov, Raman Yusubov, Ədalət Dadaşov və İsmayıl Mehdiyev müalicələri baş çatdığı üçün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 10 neftçinin müalicəsi davam edir”.

 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR