Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir

​Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir

Date: 21 December 2015 11:22

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir. Bu barədə “Reporti”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Şöbədən bildirib ki, Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə edilir.
Bakı Ali Neft Məktəbinə Heriot-Vatt Universitetindən ezam edilmiş heyət - Heriot-Vatt Universitetinin Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vayt Böyük Britaniyada tərtib olunmuş imtahan sualları əsasında BANM-də imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər.
BANM Azərbaycanda biliyin qiymətləndirilməsi xarici ölkə universitetinin həyata keçirdiyi yeganə ali təhsil müəssisəsidir. BANM-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının 2-ci, 3-cü və 4-cü kurs tələbələri sessiya ərzində “Emal sənayeləri”, “Emal mühəndisliyi”, “Kimyəvi reaktivlik”, “Mühəndislər və alimlər üçün riyaziyyat 1 və 3”, “Mühəndis­liyin əsasları”, “Mexanika mühəndisliyi elmi 3”, “Qazıma mühəndisliyi” və digər fənlərdən yazılı imtahan verirlər.
Qeyd edək ki, tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır. 










Tags:  Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir

RƏYLƏR


Top news