Komitə sədri: "İndiki Ermənistan ərazisində olan məscidlər Azərbaycana məxsusdur"

11:27 21 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, həmin məscidlər Azərbaycanın tarixi abidələridir: ""Göy Məscid" Ermənistandakı rejim tərəfindən təbliğat vasitəsi kimi saxlanılır. O məscidin guya İrana icarəyə verilməsi təbliğat xarakterlidir. Əslində, həmin məsciddə ibadət edən yoxdur. Məscidə rəhbərlik edən ermənidir, onun müsəlman olub-olmaması da bəlli deyil.
Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, həm Ermənistan, həm də işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı".

Xəbərin orijinal ünvanı: http://report.az/din/i-ndiki-ermenistan-erazisinde-olan-mescidler-azerbaycana-mexsusdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR