Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzi küçələri 1 həftəlik bağlanır

Bakının mərkəzi küçələri 1 həftəlik bağlanır

Tarix: 21 Dekabr 2015 11:34

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir. Qurumdan Lent.az-a verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

 

Dekabr ayının 20-dən etibarən Neftçilər prospektinin Azadlıq prospektindən Puşkin küçəsinə qədər olan hissəsi asfalt örtüyünün təmirinə bağlanıb.

 

Qeyd olunan təmir işlərinin 7 gün ərzində davam edəcəyi gözlənilir. Münasib olmayan hava şəraiti və gözlənilməz hallar üzündən təmir işlərinin uzun sürəcəyi halda şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq.

 

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

 


Teqlər:  Bakının mərkəzi küçələri həftəlik bağlanır



RƏYLƏR


Top xəbərlər