SOCAR-ın Türkiyədəki neft emalı zavodunda işlərin yarısı tamamlanıb

SOCAR-ın Türkiyədəki neft emalı zavodunda işlərin yarısı tamamlanıb
11:37 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ Türkiyənin İzmir şəhəri yaxınlığında, Petkim yarımadasında inşa olunan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Star" neft emalı zavodunda işlərin 48%-i görülüb. "Report" xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz bildirib.
O qeyd edib ki, "Star" zavodunun avadanlıqlarını daşıyan ilk gəmi limana yüklərini boşaldıb.
K.Yavuz artıq avadanlıqların montajına başlandığını bildirib: "Real sektorda son 40 ilin ən böyük sərmayəsi olan zavod 2018-ci ildə istehsala başlayacaq".
Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsilə Türkiyədə fəaliyyətə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir.
"Star" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-in-turkiyedeki-neft-emali-zavodunda-islerin-yarisi-tamamlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR