Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İqtisadçı ekspert: "Dollarla götürülən kreditlərin qaytarılması ilə bağlı yeni mexanizmlərin işlənməsinə ehtiyac var"

Date: 21 December 2015 11:37

Onun sözlərinə görə, məzənnənin aşağı düşməsinin sosial təsirlərinin minimallaşdırılmasına ciddi ehtiyac var: "Bu baxımdan təbii ki, həm əmək haqqı həm də əmanət indeksasiyası olmalıdır. Mənfi təsirlərin aradan qaldırılmasına çalışılmalıdır".
Ekspert bildirib ki, dollarla götürülən kreditlərin qaytarılması ilə bağlı yeni mexanizmlərin işlənməsinə də ehtiyac var: "Çünki dollarla götürülən kreditlərin qaytarılmasında problemlərin olacağı gözlənilir".
İqtisadçı ekspert bildirib ki, növbəti dəfə manatın məzənnəsinin dəyişməsi birbaşa neftin qiymətindən asılı olacaq, neftin qiymətində azalmalar olarsa, manatın məzənnməsində də azalma olacaq. Onun sözlərinə görə, manatın məznnəsinin azalması prosesi artıq ölkənin tədiyyə balansınndan asılı olaraq dəyişəcək.
"Məzənnə birbaşa neftin qiymətindən və Mərkəzi Bankın bazara hansı səviyyədı müdaxilə etməsindən asılı olacaq. Əgər Mərkəzi Bank bazara müdaxiləni minimallaşdırsa, məzənnədə daha çox azalmalar müşahidə edilə bilər. Amma Mərkəzi Bank bazarda qalıb kursa müəyyən qədər təsir göstərməyə çalışsa, o zaman təbii ki, bu manatın məzənnəsinin kəskin azalmasının qarşısını ala bilər. Manatın məzənnəsinin növbəti dəyişməsi birbaşa artıq Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılı olacaq", - V.Bayramov deyib.
Qeyd edək ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-də üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Tags:  İqtisadçı ekspert Dollarla götürülən kreditlərin qaytarılması bağlı yeni mexanizmlərin işlənməsinə ehtiyac var

RƏYLƏR


Top news