Gəmiçilik beynəlxalq audit şirkəti ilə müqavilə imzalayıb

Gəmiçilik beynəlxalq audit şirkəti ilə müqavilə imzalayıb
11:38 21 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) ilə “Ernst & Young” beynəlxalq audit şirkəti arasında 2014-2015-ci illər üçün AXDG-nin Davamlı İnkişaf haqqında hesabatının auditinin keçirilməsi haqqında müqavilə imzalanıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, hazırda mütəxəssislər tərəfindən işlənən hesabatın 2016-cı ilin birinci yarısında “Ernst & Young” şirkətinə təqdim edilərək, müstəqil auditor rəyinin alınması nəzərdə tutulub.
Qeyd edək ki, Davamlı İnkişaf haqqında hesabat AXDG-nin Sosial Korporativ Məsuliyyəti üzrə fəaliyyətinin iqtisadi, sosial və ekoloji təsirlərinin şəffaf şəkildə açıqlanmasını təmin edir. Sənəddə 2014-2015-ci illərdə keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mühafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər öz əksini tapacaq.
Gəmiçiliyin Davamlı İnkişaf haqqında hesabatı Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sisteminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud tələblərinə uyğun olaraq hazırlanır. Bu hesabat dərc edildikdən sonra AXDG Xəzər hövzəsində Sosial Korporativ Məsuliyyəti üzrə fəaliyyətinə dair Davamlı İnkişaf haqqında hesabatıni açıqlayan ilk gəmiçilik şirkəti olacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gemichilik_beynelxalq_audit_sirketi_ile_muqavile_imzalayib-912860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR