Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vaqif Cavadov yenə klubsuz qaldı

Vaqif Cavadov yenə klubsuz qaldı

Vaqif Cavadov nömrə seçdi (15 Fevral 2017 19:57)
Vaqif Cavadov "İnter"ə qarşı oynamayacaq (13 Fevral 2017 12:27)
Vaqif Cavadovun yeni klubu müəyyənləşdi (10 Fevral 2017 11:52)

Tarix: 21 Dekabr 2015 11:42

"Qəbələ" klubu daha bir futbolçu ilə yollarını ayırıb. Klubdan "Report"a verilən məlumata görə, Vaqif Cavadovla başa çatan müqavilə müddəti artırılmayıb. 


Bununla da komandanı qış fasiləsində tərk edən oyunçuların sayı 5-ə çatıb. Daha öncə Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov və Derlis Meza Kolli də "qırmızı-qaralar"ı tərk edib. Əvəzində Rafael Santosla müqavilə müddəti 1,5 il uzadılıb. 


Klubdan o da bildirilib ki, müqavilə müddəti 2017-ci ilin yayınadək artırılan baş məşqçi Roman Qriqorçukun istəyilə komandaya yarımmüdafiəçi və hücumçu transfer ediləcək.


Qeyd edək ki, "Qəbələ" qış fasiləsinə 28 xalla 4-cü pillədə yollanıb. 


Fanat.az


Teqlər:  Vaqif Cavadov yenə klubsuz qaldı



RƏYLƏR


Top xəbərlər