Oksana depressiyaya düşdü - xəyanətə görə

Oksana depressiyaya düşdü -  xəyanətə görə
11:46 21 Dekabr 2015
37 Şou
Ölkə mətbuatı
A- A+

Rəqqasə Oksana Rəsulova ona xəyanət edən rəfiqələrindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında bir çox rəfiqəsini həyatından sildiyini etiraf edib:

“Hər zaman məni itirənlər peşman olur. Mənəvi xəyanət dəhşətdir. Mən də dost dediyimi itirəndə bir az depressiyaya düşdüm. Sonra düşündüm ki, o dostlar peşman olmağıma layiq deyil. Yaxın dost, rəfiqə dostluq borcunu yerinə yetirməlidir. Dost yolda tanınar. Bu çox gözəl fikirdi. Mən İlhamə Qasımovanı yolda tanımışam. İlhamə o qədər mərd qızdır ki, mənim haqqımda pis danışmağı özünə sığışdırmaz. Ən yaxın rəfiqəm odur”.

Qeyd edək ki, O.Rəsulova müğənni Natavan Həbibi ilə bir vaxtlar yaxın rəfiqə olsalar da son günlər aralarından soyuq külək əsir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR