İsrail daxili işlər naziri qalmaqal səbəbindən istefa verib

İsrail daxili işlər naziri qalmaqal səbəbindən istefa verib
11:52 21 Dekabr 2015
18 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 dekabr. REPORT.AZ/ İsrail daxili işlər naziri Silvan Şalom tutduğu postdan istefa verib.
"Report" "Euronews"a istinadən xəbər verir ki, istefanın səbəbi cinsi təcavüz ittihamları ilə bağlıdır.
Ölkə prokurorluğu bir neçə qadının ərizə ilə müraciətindən sonra işlə bağlı istintaqa başlayıb. Şalom ittihamları rədd edir, amma yenə də nazir postunu tərk etməyə qərar verib. Siyasətçi, həmçinin qalmaqalın onun ailəsinə mənfi təsir etdiyini də etiraf edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-srail-daxili-isler-naziri-qalmaqal-sebebinden-istafa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR