Azərbaycan Xalça Muzeyində keçirilən xeyriyyə aksiyası başa çatıb

11:53 21 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Xalça Muzeyində keçirilən “Xeyr deməyin, xeyir eləyin” xeyriyyə aksiyası başa çatıb.
Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, üç gün ərzində “Sehrli aləm” Cəmiyyətinin üzvü, rəssam dizayner, moldovalı, əslən Qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış “Yeni il aksesuarları”ndan ibarət satış-sərgi həyata keçirilib. Xeyriyyə aksiyasından əldə olunan 1324 manat vəsait Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürülüb.
Assosiasiyanın prezidenti Gülnarə Hüseynova yaradılan şəraitə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya, muzeyin tərkibində olan “Uşaq Muzeyi” şöbəsinin rəhbəri Azər Abdullayevə və “Sehrli aləm” Cəmiyyətinin üzvü Kirçu Yekaterinaya təşəkkürünü bildirib.
Aksiya çərçivəsində keçirilən tədbirdə hemofiliyalı uşaqların iştirakından ibarət konsert proqramı da təqdim olunub, uşaqlar və onların valideynlərinin ifasında birlik rəmzi olan “Hemofiliya himni” səsləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Xalcha_Muzeyinde_kechirilen_xeyriyye_aksiyasi_basa_chatib-912871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR